Əmirquliyev artıq karyerasını başa vurub, rəhbərlik səviyyəsində işləməyə köklənib? Onu meydanda görməyəcəyik? Bir də komandada yer alan Rail Əmirquliyev Rahidin qohumudumu?
“Futbolçu kimi də komandada olacam. Hazırda oynamamağımın səbəbi zədədi. Buna görə protokolda adım yoxdu. Oynamaq fikrim var, istəyirəm ki, oynayım. Rail Əmirquliyev qardaşımın oğludu. Ötən mövsüm “Araz-Naxçıvan-2”də oynayırdı. Bu mövsüm “Şahdağ Qusar”a transfer olunub”.
MÜZƏFFƏR QULUZADƏ






