"Kəpəz" baş məşqçisiz qaldı - Adil Şükürov getdi!

20.09.2025 18:59 333
Ölkə futbolu / Manşet
"Kəpəz" yenə baş məşqçisiz qalıb.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, Gənc təmsilçisinin çalışdırıcısı Adil Şükürov Misli premyer-liqasının 5-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyunundan sonra (3:0) istefa verib.

Xatırladaq ki, xalsız "sarı-göylər" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

KƏNAN BAHADIR