Bundan sonra Polşada oynayacaq

18.09.2025 10:31 28
Dünya futbolu
Fransa millisinin keçmiş müdafiəçisi Benjamin Mendinin yeni klubu müəyyənləşib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, 31 yaşlı futbolçu bundan sonra Polşada oynayacaq. O, “Poqon”a keçməyə hazırlaşır. Tərəflər 2 illik müqavilə ilə bağlı razılığa gəliblər. Məlumata görə, Polşa klubunun rəhbərliyi azad agent olan 31 yaşlı fransızla 2 illik müqaviləyə razılaşıb.

Benjaminin sonuncu klubu “Sürix” olub. O, bu yay müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edərək İsveçrə klubundan ayrılıb.