Afinada yalnız bir il işlədi

16.09.2025 19:11 7
Dünya futbolu
Ruy Vitoriya işsiz qalıb. “Panatinaikos” rəhbərliyi baş məşqçi ilə yolları ayrılıb.

Yunanıstan klubunun mətbuat xidmətinin məlumatında portuqaliyalı mütəxəssisin komandanın uğursuz çıxışına görə istefaya göndərildiyi bildirilib.

Ölkə çempionatında 2 oyuna 1 xal toplayan “Panatinaikos” 14 komanda arasında 12-ci yeri tutur. Afinalıların ehtiyatda bir təxirə salınan oyununun olduğunu da qeyd edək.

Vitoriya paytaxt komandasına 2024-cü ilin oktyabrında təyinat almışdı.