Uğursuzluğa görə istefaya göndərildi

6.02.2024 15:36 145
Dünya futbolu
Misir yığmasında gözlənilən hadisə baş verib: Ruy Vitoriya artıq bu komandanı çalışdırmır.

Misir Futbol Assosiasiyası milli komandanın baş məşqçisi ilə yolları ayırıb. Qurumun rəsmi saytının yaydığı məlumata görə, bu qərara Afrika Millətlər Kubokundakı uğursuzluq rəvac verib. 53 yaşlı portuqaliyalı mütəxəssisin çalşdırdığı Misir yığması qitə çempionatında mübarizəni erkən dayandırıb. Komanda 1/8 finalda Konqo DR-ə uduzub (1:1, p. - 7:8).

Vitoriya “fironlar”a 2022-ci ilin yayından rəhbərlik edirdi. Onun müqaviləsinin müddəti 4 illik idi. Lakin uğursuzluğa görə baş məqşçinin bütün köməkçiləri ilə əməkdaşlığa erkən son qoyulub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul