“Qarabağ”ın əsas komandası Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Benfika”nın qonağı olacaqsa, U-19 da Gənclər Liqasının 1-ci turunda həmin rəqibin yeniyetmələriylə qarşılaşacaq.
Gənclər Liqası, 1-ci tur
Benfika U-19 – Qarabağ U-19 7:1
Miquel Fiqueiredo 6. Qonsalo Moreyra 15; 17; 26; 38-p. Souza Silva 20. Stevan, 61 - Əli Qazıbəyov, 85.
Hakimlər: CEYMİ ROBİNSON, Adam Ceffri, Brayan Uilson (Şimali İrlandiya), Dioqo Roza (Portuqaliya).
16 sentyabr. Seyxal, “Futbol Kampus”. Saat 14.00.
Ağdam təmsilçisinin qalan oyunlarının təqvimi: 2-ci tur, 1 oktyabr: “Qarabağ” – “Kopenhagen” (Danimarka); 3-cü tur, 22 oktyabr: “Atletik” (İspaniya) – “Qarabağ”; 4-cü tur, 5 noyabr: “Qarabağ” – “Çelsi” (İngiltərə); 5-ci tur, 25 noyabr: “Napoli” (İtaliya) – “Qarabağ”; 6-cı tur, 10 dekabr: “Qarabağ” – “Ayaks” (Niderland).
36 iştirakçının mübarizə aparacağı mərhələdə 1-22-ci yeri tutan komandalar 1/16 finala yüksələcək.
KƏNAN BAHADIR