“Qəbələ”nin U-19 komandası noyabrın 29-da Gənclər Liqasının cavab oyunu çərçivəsində “Olimpiakos”la qarşılaşıb. Oyun Pireydə keçirilib. Rəqibin Qəbələdə keçirilən matçda 3 cavabsız qol vurduğunu bilirsiz. Bu üzdən mərhələ adlamaq çətin idi.
Təmsilçimiz matça qələbə üçün çıxıb. Lakin meydan sahibləri 4 cavabsız qolla qalib gəlib - 4:0.
Gənclər Liqası
Çempionlar yolu
2-сi mərhələ, cavab oyunu
Olimpiakos (Yunanıstan) - Qəbələ 4:0
Hakimlər: CEYMİ ROBİNSON, Adam Ceffri, Endryu Neteri (hamısı Şimali İrlandiya)
29 noyabr. Pirey, “Georgios Karaiskakis” stadionu. Saat 19.00.
İlk oyun – 3:0.
KƏNAN BAHADIR