Güləşçimiz dünya ikincisi oldu

14.09.2025 22:51 80
İdman
Sərbəst güləşçimiz Giorgi Meşvilişvili (125 kq) Xorvatiyanın Zaqreb şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, final görüşündə Meşvilişvili olimpiya mükafatçısı və dünya çempionu iranlı Amir Hüseyn Zareyə 0:5 hesabı ilə uduzub.

Bundan əvvəl Nurəddin Novruzov (61 kq) və Arseniy Cioyev (86 kq) bürünc medal əldə ediblər.