Sərbəst güləşçimiz Avropa çempionu oldu

11.03.2025 13:23 7
İdman
Sərbəst güləşçimiz Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Fransa idmançısı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib. 74 kq çəkidə yarışan Ağanəzər Novruzov finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

Yusif Dursunov (125 kq) və Sadiq Mustafazadə (92 kq) isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala sahib çıxıblar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul