"Qarabağ"ın iki avrokubok matçını "İTV" yayınlayacaq

30.10.2024 17:11 290
Ölkə futbolu
"Qarabağ"ın Avropa Liqasının əsas mərhələsində iki oyunu İctimai televiziyada canlı yayınlanacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə telekanalın rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

"İTV" noyabrın 7-də Norveçdə "Bude/Qlimt"lə və gələn il yanvarın 31-də Yunanıstanda "Olimpiakos"la keçiriləcək səfər matçlarını birbaşa nümayiş etdirəcək.