UEFA Çempionlar Liqasının 1/8 final və 1/4 final qarşılaşmaları İctimai Televiziyada canlı yayımlanacaq.
Football-plus.az xəbər verir ki, bu barədə telekanalın rəsmi "Feysbuk" səhifəsi məlumat yayıb.
Məlumata görə, "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı "CBC Sport" telekanalı ilə razılaşma əldə edilib.
Bu raundlarda keçirilən və "CBC Sport"da göstərilməyən görüşlər İctimai Televiziyanın efirində nümayiş olunacaq.
İlk olaraq bu gecə saat 00:00-da "Milan" - "Tottenhem" qarşılaşması təqdim ediləcək.