• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Çoxdandı ki, millidə bu ruh görünmürdü" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

9-09-2025, 22:0

Millimiz DÇ-2026-nın seçmə mərhələsinin Bakıda keçirilən matçında Ukraynayla heç-heçə etdi - 1:1.

"Football-plus.az" xəbər verir ki, yığmamızın müvəqqəti baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Belə oyundan sonra danışmaq çətindi. Amma futbolçularıma təşəkkür edirəm. Çünki bir gün vaxtımız var idi. Ancaq psixoloji durum, xarakter, mübarizə aparmaq haqda qoymalı oduğumuzu dedim. Hesab fərqli olsa da, onlara təşəkkür edəcəkdim. Çoxdandı ki, millidə bu ruh görünmürdü. Bəlkə də futbolçular təzyiq altında idi. Azarkeşlərə təşəkkür edirəm. Çətin anda bizə dəstək oldular. Bəlkə o dəstəkdi ki, Elvin Cəfərquliyev yorulmuşdu, dəyişiklik istədi. Amma Xaybuallayev zədələndi deyə, onu meydanda saxladıq. Ona olan dəstək sayəsində gümrah olduğu vaxtda etmədiyi sprintləri etdi. Sizin də əməyiniz var. Hamımız mübarizə aparırıq. Bəlkə bu istək qazanılan xallar futbolumuza ruh gətirəcək. Rəqib güclü idi. Onlar Fransa səfərindən gəlmişdi. Bunu başa düşürdük. Biz də ağır səfərdən gəlmişdik. Böyükhesablı məğlubiyyətdən sonra psixolji durum yaxşı deyildi. Bəzi dəyişikliklər etdik. Rüstəm və Xaybullayevin gəlişi komandaya ruh verdi. Emini təbrik edirəm, istədiyi qolu vurdu. Seviniriksə, gülüş varsa, deməli edə bilərik. Arzu edirəm ki, futbolumuz inkişaf etsin.

- Santuşun uzun müddət bərbad günə qoyduğu millidə bir gündə nəyi dəyişdiz?
- Bir gündə çox şeyi dəyişə bilmərik. Məşq etməyə vaxtımız da yox idi. Məlum hadisələr baş verəndə komanda artıq məşq etmişdi. Səhər taktiki məşq etdik. Bir gündə nəyi dəyişmək mümkün idisə, onu dəyişdik. Rəqibi də təhlil etmək lazım idi. Hamımız birlikdə istədik ki, uğurlu olaq.

- U-21 yığmamız da heç-heçə etdi. Bir gözünüz yəqin ki, ordaydı... Bir əldə iki qarpız tutmaq mümkün oldu...
- U-21 yığmamıza görə sevinirəm. Portuqaliyadakı məğlubiyyət böyükhesablı oldu. Desək ki, yaxşı oynadıq - düz olmaz. Amma inanın ki, futbolçular orda yaxşı mübarizə apardılar. U-21 yığmamızın inkişafı göz önündədi. Dörd aydı birlikdəyik. Bolqarıstanla görüşü 65-ci dəqiqəyə qədər izlədim. Şahin və Xəyalın U-21 yığmasına gedib kömək etməsi də yaxşı oldu. Beynəlxalq oyunlarının sayı, təcrübələri artdı. İki gündü yatmıram... Burda Azərbaycan adı varsa, hər şeyə dözməliyik. 

- Qarşıdan Fransa ilə matç gəlir. Nələri dəyişmək istəyirsiz?
- İndi U-21 yığmasının baş məşqçisiyəm. Bizi gələn ay iki çətin səfər oyunu gözləyir. Fransa haqda danışmağım düz olmaz. Mübarizə aparmaq lazımdı. Bilirik ki, Fransa top komandadı. Ukrayna da onlarla yaxşı mübarizə apardı. Görünür ki, oynamaq olar. Öz gücümüzü tapmalıyıq. Bəlkə düzgün anlaşılmayacaq, amma biz çox şey istəyirik. Özümüzü böyük ölkələrlə müqayisə edirik. Vaxt lazımdı. Mübarizə aparsaq, hər şey ola bilər.

- İslandiyaya 0:5 hesablı məğlubiyyəti izləmisiz? Sınmış komandanı formalaşdırıb meydana çıxarmaq nə dərəcədə çətin oldu? Bu komanda ilə nə etmək olar?
- Bazaya girəndə, futbolçuların məyus olduğunu gördüm. Əvvəl təcrübəli oyunçularla, ardınca ümumi komandayla görüşümüz oldu. Bu yöndə hazırlaşdıq. Daha yaxşısını edə bilərik.

- Renat və Mahirin zəif oyunu nə ilə əlaqədardı?
- Mahirlə Renat taktiki baxımından pis oynamadılar. Mahir keçən oyunda meydanda olmuşdu. Renat sonradan daxil olmuşdu. Oyuna baxmadım, epizodlara baxdım. Biz Portuqaliya səfərindəydik. Bolqarıstanı təhlil edirdik. Ani hadisə baş verdi. Futbolçuları da İslandiya oyununa qaytarmaq istəmədik. Mahir, Renat və digər oyunçuların potensialı var.

- Oyundan əvvəl qərar verilmişdi ki, penaltini Emin vursun, yoxsa Toral?
- Toral oyuna sonradan daxil oldu. Penaltini Eminə vermişdik. Toral ona uğurlar arzuladı. Çünki komandada çox istəyirdilər ki, Emin qol vursun. Zarafatla dedilər ki, canımız qutardı, bu qolu vurdu (gülür). Oyunun dəyişmə anı Toralın meydana girməsi oldu. Çox fikirləşdik ki, Toralla yoxsa, Rüstəmlə başlayaq. Toral iki mövqedə oynaya bilir. 

- Anatoli Nuriyevin son dəqiqələrdə qol epizodunu boşa verməsini nə ilə əlaqələndirirsiz?
- Bu cür mübarizədən sonra hansısa futbolçudan incimək olmaz. Qələbə daha möhtəşəm olardı. O epizoda baxsaq, yüzfaizlik qol epizodu da deyildi. Anatoli də bu gün oyuna girib, oyunumuzu gücləndirənlərdən oldu.

- AFFA rəhbərliyi ilə dünən görüşünüz olub? Müvəqqəti olacaq işiniz, yoxsa necə?
- Oyundan sonra da rəhbərlik təbrik etdi. Görüşümüz oldu. Bir oyunluq kömək etmək, bu durumdan çıxmaq lazım idi. Peşəkar yanaşsaq, kənardan hansısa məşqçinin bir gündə gəlməsi düzgün olmazdı. U-21 yığması əvəzedici kimidi. Federasiya məşqçiləriyik, kömək lazımdısa, etmək borcumuzdu. Gələcək haqda söhbət etmək tezdi. Zaman göstərər.

- Üç yerdə işləmək çətin deyilki?
- Dünəndən yaxşı mövzuya çevrilib (gülür). Məcburidi. Üç yer olmur. U-21 yığmasının oyununda köməkçilər var idi. Üç yerdə çətindi, iki yer problem deyil.

- Millidə heç vaxt oynamamısız. Hansı hissləri keçirdiz? 
- U-21-də uşaqlarla söhbət edəndə qarşımıza məqsəd qoymuşduq ki, ən yaxşı xalı yığaq. Heç vaxt milliyə dəvət almamışam. Başqa hissdi. 

- Abdulla Xaybullayev millidə debüt etdi. Onun indiyə qədər millidə olmaması sizə təəccüblü gəlmir?
- Bunu çox müzakirə edirdim. Xaybullayev Azərbaycan çempionatında dayaq yarımmüdafiəsində ən yaxşıdı. "Turan Tovuz"da və "Şamaxı"da onu dəvət etmək istəmişdik. Son anda alınmamışdı. Böyük potensialı var.

- Hər zaman deyirdik ki, gah problem futbolçulardadı, gah əcnəbi məşqçilərdə. Sizcə həqiqətən biz xarici məşqçilərlə vaxt itirmişik?
- Bu dəqiqə bu suallara cavab versəm, tam başqa cür başa düşülər. Deyərlər ki, bir xal qazandı, hər şeyi danışır. Bu, başqa mövzudu. Bu suallara başqa vaxt geniş cavab vermək olar. Əcnəbi məşqçi də lazımdı. Amma əlbəttə, futbolçular yerli məşqçi ilə daha rahat olar. O demək deyil ki, əcnəbi çalışmamalıdı. Çətin mövzudu. İnşallah, ən düzgün qərar verilər.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

9-05-2025, 21:0

"Fərid Hacıyevdən həmişə narazı qalmışam" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

29-11-2022, 16:0

Ayxan Abbasov: "Futbolçularımız təslim olmadı"

Ölkə futbolu / Manşet

23-02-2025, 16:0

"Bəlkə də özlərini "sığortalamaq" üçün belə bəyanat yaydılar" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

10-05-2025, 20:0

"İdman xoşbəxtliyi bizdən yan keçdi" - Elvin Məmmədov

Ölkə futbolu

20-09-2024, 20:0

"Bilirdik ki, bizi çətin oyun gözləyir" - Ayxan Abbasov

Ölkə futbolu

11-02-2023, 16:0

"Premyer-liqada güclü klublar var, onlarla mübarizə aparmaq üçün..." - Ayxan Abbasov

Aktual
"Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
"Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
“Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
Toral Bayramov “Bursaspor”da!
Son xəbərlər
  • Bu gün, 15:59
    “Araz-Naxçıvan” Demçenko ilə yolları ayırdı
  • Bu gün, 15:38
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 15:16
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 14:55
    Mövsümün ən yaxşı gənc futbolçusu seçildi
  • Bu gün, 14:24
    Qadın millimizin heyəti açıqlandı
  • Bu gün, 13:53
    "Sabah"dan Mikelsə dodaquçuqladan təklif! - bu dəfə "yox" deyə bilməyəcək
  • Bu gün, 13:22
    "Ən azı Konfrans Liqasına vəsiqə qazanacağımıza ümid edirdik" - "Kimyaçılar" narazıdı
  • Bu gün, 12:51
    Usik Həbibi seçdi
  • Bu gün, 12:20
    Acun ''Hall Siti''ni Las Veqasa aparacaq
  • Bu gün, 12:12
    Demçenko da gedir? - "Araz-Naxçıvan"ın icraçı direktoru cavabladı
  • Bu gün, 11:59
    Əfran İsmayılov "Şəfa"da vitse-prezident oldu
  • Bu gün, 11:38
    Murad Məmmədov "Pafos"da! - "Neftçi" elan etdi
  • Bu gün, 11:17
    "Şahdağ Qusar" baş məşqçi və köməkçiləri ilə yolları ayırdı
  • Bu gün, 10:56
    ''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı
  • Bu gün, 10:25
    "Sumqayıt" Saşa İliçi yola saldı - RƏSMİ
  • Bu gün, 09:54
    Romao “Qarabağ”ı ziyana saldı - “Hər klubda belə halları diqqətdə saxlayan hüquqşünas çalışmalıdı”
  • Dünən, 23:59
    “Əminəm ki, bütün bunlar məni daha güclü etdi” - Sinner necə özünə gəlib?
  • Dünən, 23:08
    “Qurbanov onu bağışlayanda Elvin papağını qabağına qoyub düşünməliydi ki...” - Cəfərquliyevə ağsaqqal məsləhəti verdi
  • Dünən, 22:26
    Mik atasına həsr olunan dəbilqədə çıxış edəcək
  • Dünən, 21:58
    “Formula-1”də 12-ci komanda da olacaq?
  • Dünən, 21:27
    Alkaras daha iki turniri buraxacaq
  • Dünən, 20:58
    "Şamaxı" Rüfətlə vidalaşdı
  • Dünən, 20:28
    Tovuz stadionu UEFA standartlarına uyğunlaşdırılır
  • Dünən, 19:58
    “Oklahoma-Siti” – “San-Antonio” oyununu 12 milyon adam izlədi!
  • Dünən, 19:28
    “Sabah” daha bir liqada çempion oldu
  • Dünən, 18:57
    Macarıstan: 1939-dan bəri ən böyükhesablı qələbə
  • Dünən, 18:27
    “Monreal” 53-cü (!) dəfə konfrans finalına çıxdı
  • Dünən, 17:56
    Yayda premyer-liqada 7 məşqçi ayrılığı yaşanacaq!
  • Dünən, 17:35
    Toral Bayramov “Bursaspor”da!
  • Dünən, 17:13
    İspaniya millisinin baş məşqçisindən “Real” azarkeşlərinə cavab gəldi
  • Dünən, 16:46
    Kanavaro “Sabah”ın oyunçusunu “30-luğ”a saldı, Miller isə...
  • Dünən, 15:43
    Minifutbol üzrə millimizin AÇ üçün heyəti
  • Dünən, 15:14
    Mikels mükafatlandırıldı
  • Dünən, 14:35
    Rossi "Şamaxı"dan getdi
  • Dünən, 14:08
    Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
Daha çox
Oxunub: 277
“Araz-Naxçıvan”ın baş məşqçisi 2-ci liqa təmsilçisini çalışdıra bilər
Oxunub: 246
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
Oxunub: 216
Niyə “Qəbələ” sabah, “Kəpəz” Sumqayıtda oynayır? – PFL aydınlıq gətirdi
Oxunub: 212
“Üzücü haldı ki, əlbəyaxa döyüş oldu” - “Ağstafa Gəncləri” nə edəcək?
Oxunub: 205
Azər Bağırov “Qəbələ” – “Şamaxı” matçını izləməsinin səbəbini açıqladı! – Qəbələdə nə gəzirmiş?
Oxunub: 198
“Neftçi” “Kəpəz”i yalançı çıxardı! – “Palms Sports Arena” variantı olmayıb...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə