"İdman xoşbəxtliyi bizdən yan keçdi" - Elvin Məmmədov

10.05.2025 20:57 24
Ölkə futbolu / Manşet
"Səbail" Misli premyer-liqasının evdə keçirilən 34-cü tur matçında "Zirə"yə uduzdu - 0:1.

"Football-plus.az" xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Elvin Məmmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Bizi ağır oyunun gözlədiyini bilirdik. Allahın verdiyi şansdan yararlanmaq istəyirdik. Alınmadı. Yaxşı mübarizə apardıq. Futbolçularıma təşəkkür edirəm. İdman xoşbəxtliyi bizdən yan keçdi.

- 1-ci liqada çalışıb komandanı yenidən premyer-liqaya qaytarmaq istəyərsiz?
- Mənə şans verdiyinə görə rəhbərliyə təşəkkür edirəm. Əlimizdən gələni etməyə çalışdıq. Ancaq bu barədə danışmamışıq. Son ana qədər ümidliydik Təklif olsa, niyə də yox?

- Komandanın yüksək liqadan düşməsi baş məşqçiyə də ciddi psixoloji zərbə vurur...
- Futbolda eniş də var, yüksəliş də. Niyə zərbə olsun ki? Premyer-liqaya qayıtmaq mümkündü. Səhvimiz də var, düzümüz də. Hələ yeni başlamışıq. Hədəfimiz var. Məhz özümü nəzərdə tutmuram, amma gənc məşqçilərə də şans verilməlidi. Bəlkə kimsə özünü sübut edəcək?

KƏNAN BAHADIR