MBA-nın əfsanələrindən biri öldü

8.09.2025 08:00 5
İdman
Milli Basketbol Assosiasiyası rəsmi saytında sabiq məşqçi və Şöhrət zalının üzvü Corc Ravelinqin öldüyünü xəbər verib.

88 yaşında dünyasını dəyişən Ravelinq çoxdan bəri “xərçəng”lə mübarizə aparırdı. Ravelinq ailəsinin bununla bağlı açıqlaması:
“Corcun ailəsi, dostları, həmkarları, sabiq oyunçuları və yardımçıları üçün necə önəm daşıdığını tam şəkildə çatdırmaq üçün söz yoxdu. Onun yoxluğunu çox hiss edəcəyik. Ancaq aurası, enerjisi, müdrikliyi daim bizimlə olacaq”.
Ravelinq Maykl Cordanın “Nike” şirkəti ilə tarixi sponsorluq müqaviləsi imzalamasında önəmli rol oynayıb. O, Neysmitin adını daşıyan Şöhrət zalına 2015-ci ildə salınıb.

Ravelinq karyerası boyunca rəhbərlik etdiyi komandalarla 1972-94-cü illər aralığında 335 qələbə qazanıb, 293 oyunda məğlub olub. 1984-cü ildə Olimpiya Oyunlarında qızıl medal qazanan ABŞ yığmasının da heyətində var idi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul