Milli komandanın düşərgəsindən 

6.09.2025 14:21 6
Dünya futbolu
İngiltərə yığması növbəti oyunları itki ilə keçirəcək.

"Football-plus.az" xəbər verir ki, “Mançester Siti”nin futbolçusu Con Stounz milli komandanın heyətindən çıxarılıb.

“Daily Mail”in məlumatına görə, 21 yaşlı müdafiəçinin əzələsində ağrılar yaranıb. Buna görə də o, milli komandanın düşərgəsindən ayrılıb.
İngiltərə millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Andorranı qəbul edəcək, sentyabrın 9-da isə səfərdə Serbiya ilə qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul