Milli komandanın oyunlarını buraxacaq

14.11.2023 20:51 194
Dünya futbolu
Braziliya yığması qarşıdakı oyunları Edersonsuz keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yerli futbol qurumunun mətbuat xidmətinin məlumatına görə, Ederson zədələnib. Bu səbəbdən “Mançester Siti”nin qaıçısı heyətdən kənarlaşdırılıb. Edersonun sıraya nə vaxt dönəcəyinə aydınlıq gətirilmir. Onun əvəzinə milli komandaya “Atletiko Paranaense”dən Bento çağırılıb.

Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın Cənubi Amerika üzrə seçmə turnirində noyabrın 17-də Kolumbiya, ayın 22-də isə Argentina ilə qarşılaşacaq.