Zamiq oynadı, Amilin adı iştirak ərizəsinə daxil edilmədi

26.10.2024 11:13 256
Dünya futbolu
Albaniya çempionatında 10-cu turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” öz meydanında “Dinamo Tirana” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Zamiq görüşü əvəzolunmadan keçirib.

Amil Yunanovun oynadığı “Bilis” isə öz meydanında “Teuta”ya 4:0 hesabı ilə qalib gəlib. Hücumçunun adı matçın protokoluna daxil edilməyib.

Hazırda "Eqnatiya” 16 xalla 2-ci, “Bilis” isə 8 xalla 9-cudu.