"Zirə"nin futbolçusu əməliyyat olundu

23.08.2025 19:49 21
Ölkə futbolu
“Zirə”nin futbolçusu Abdul Aziz Batibie cərrahiyə əməliyyatı olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hücumçu İstanbulda ön çarpaz bağlarından əməliyyat keçirib.

Qeyd olunur ki, futbolçu təxminən 6-7 aydan sonra sıraya dönəcək.