"Neftçi"nin futbolçusu əməliyyat olundu

23.04.2025 11:37 10
Ölkə futbolu
"Neftçi"nin zədəli futbolçusu Emil Səfərov əməliyyat olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Misli premyer-liqasının 29-cu turu çərçivəsində aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş “Şamaxı” ilə matçın gedişində Emil Səfərov çiynindən aldığı zədə səbəbindən əvəzlənib.

Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə, Emil Səfərov Türkiyənin İstanbul şəhərində artroskopik əməliyyat olunub.

Qeyd edək ki, əməliyyatı uğurla başa çatan Səfərov iki gün sonra Bakıya qayıdacaq, müalicə və bərpa prosesinə başlayacaq. Təqribi olaraq üç aydan sonra isə məşqlərə start verəcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul