• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ və “Monako” qələbə qazandı, “Marsel” büdrədi - icmal

Dünya futbolu

23-08-2025, 14:0

Fransa çempionatında yeni mövsüm start götürdü. PSJ “Nant”ın öhdəsindən çətinliklə gəldi – 1:0.

Bu, ilk turun ən populyar hesabıdı. Yeddi oyunda məhz bir qol vuruldu. Yalnız “Monako”nun “Havr” üzərindəki qələbəsi (3:1) və “Brest” – “Lill” oyunundakı heç-heçə (3:3) istisna oldu.
PSJ UEFA Superkuboku uğrundakı oyunda “Tottenhem” üzərində qazandığı əzmkar qələbənin ardından “Nant”ın qonağı idi. Nə qədər təəccüb doğursa da, bu oyunda ilk təhlükəli vəziyyət 42-ci dəqiqədə yarandı. Onda da Ramuş topu tirə vurdu. Luis Enrikenin komandası ilk yarıda önəmli üstünlüyə malik olsa da, “bülbüllər” qapısı önündə təhlükəli vəziyyət yaranmasına imkan vermirdi. Yəni komandaların fasiləyə 0:0 hesabıyla yollanması oyunun axarına uyğun idi.

2-ci hissənin əvvəlində də meydanda maraqlı hadisə baş vermədi. Vəziyyəti belə görən ispaniyalı mütəxəssis 61-ci dəqiqədə 4 futbolçunu əvəzlədi – Hakimi, Mendeş, Dembele və Due mübarizəyə qoşuldu. “Nant”ın müdafiə xəttinə artan təzyiq dərhal nəticə verdi. Vitinyanın cərimə meydançası xaricindən vurduğu zərbədən sonra müdafiəçinin kürəyinə toxunan top qapıçını da yanıldıb tora düşdü. Qoldan sonra meydanda praqmatik, təhlükəli vəziyyətlər sarıdan yoxsul oyun getdi və hesab dəyişmədi.

Səfərdə “Renn” ilə qarşılaşan “Marsel” favorit sayılırdı. Cənublular oyunun əvvəlində böyük ərazi üstünlüyünə malik idi. 31-ci dəqiqədə “Renn”in üç mərkəz müdafiəçisindən biri Budlyal birbaşa “qırmızı” ilə qovulandan sonra qonaqların qələbə qazanacağını düşünənlərin sayı artdı. Ancaq bretoniyalıların baş məşqçisi Həbib Beye belə duruma dərhal reaksiya verdi, gənc və istedadlı hücumçu Meyteni müdafiəçi Vu ilə əvəzlədi.

“Marsel” 2-ci hissə boyunca rəqib qapısına hücum etdi. 58-ci dəqiqədə Murilyonun baş zərbəsindən sonra top qapı çatından döndü. 66-cı dəqiqədə Balerdi də fərqlənməyə yaxın oldu. Bütün komanda ilə müdafiə olunan meydan sahibləri uzatma dəqiqələrində qələbə topunu vurdu. Beləcə “Marsel” mövsümə acı məğlubiyyətlə başladı.

“Havr”ı qəbul edən “Monako” yayda heyətini yetərincə gücləndirib. Qapını “Bayer-04”dən tanıdığımız Qradetski qoruyur, “Bavariya”dan Dayer alınıb, “Barsa”dan Fati icarəyə götürülüb, qalmaqalçı Poqba isə karyerasında yeni mərhələyə qədəm qoyub. İsti havaya rəğmən, komandalar bir-birinə yüksək temp təklif etdi. 32-ci dəqiqədə sağ cinahdan cərimə meydançasına daxil olan Qolovinin ötürməsini qarşılamaq istəyən Lyoris topu öz qapısına göndərdi. 61-ci dəqiqədə məhz Dayer fərqi artırdı. 6 dəqiqə sonra Ndiay qollardan birinin əvəzini çıxsa da, 74-cü dəqiqədə Akliuş “knyazlar”ı sevindirdi – 3:1.

“Tuluza”nı qəbul edən “Nitsa” gözlənilmədən 0:1 hesabıyla uduzdu. Yeganə qolu Sidibe 90-cı dəqiqədə vurdu. “Lion” səfərdə “Lans”ın öhdəsindən gəldi. “Şirlər”i Gürcüstan yığmasının hücumçusu Mikautadzü sevindirdi. “Strasbur” da səfərdə “Mets”i 1:0 hesabıyla məğlub etdi. “Oser” – “Loryan”, “Anje” – “Paris” oyunlarında da meydan sahibləri, artıq zənn etdiyiniz kimi, yeganə qolla qələbə qazandı.

Yalnız “Brest” – “Lill” oyunu qol sayı baxımından azarkeşləri əyləndirdi. “Şimallı itlər” oyunun gedişində 2:0 önə çıxsa da, meydan sahibləri hesabı bərabərləşdirməyi bacardı, ardından Mukau növbəti dəfə “Lill”i irəli çıxardı və yenə də Le Kardinal hesaba tarazlıq gətirdi. Yeri gəlmişkən, Jiru “Lill”dəki debüt oyununda fərqlənməyi bacardı. Məşhur forvard “Los Anceles”lə müqaviləni pozandan sonra azad agent statusu ilə ölkəsinin klubuna qoşulub.

1-ci tur
Nant – PSJ 0:1

Vitinya, 67. (34053)
PSJ: Şevalye, Zair-Emeri, Zabarnı, Beraldo, L.Ernandes (Mendeş, 61), Li Kan İn (Due, 61), Vitinya, Ruis (Hakimi, 61), Mbay (Dembele, 61), Ramuş (Kvaratsxeliya, 78), Barkolya.

Monako – Havr 3:1
Lyoris, 32-öz qapısına. Dayer, 61. Akliuş, 74 – Ndiay, 67. (11734)
Monako: Qradetski, Teze (Vanderson, 63), Mavissa, Dayer, Enrike, Zakariya, Kamara (Ben-Seqir, 63), Akliuş, Minamino (İlenihena, 81), Qolovin (Bamba, 89), Biret (Brunner, 81).

Renn – Marsel 1:0
Blyas, 90+1. (28360)
Marsel: Rulyi, İqan-Rayli, Balerdi, Kondoqbia (Vea, 46), Murilyo (U.Qarsiya, 78), Qomes (Bakola, 86), Heybyerq, Qrinvud, Rabyo, Rou (Obameyanq, 63), Quiri.

Lans – Lion 0:1
Mikautadze, 45+1. (38137)

Nitsa – Tuluza 0:1
Sidibe, 90. (23212)

Brest – Lill 3:3
Dumbiya, 34; 51. Le Kardinal, 75 – Jiru, 11. Haraldsson, 26. Mukau, 66. (14840)

Oser – Loryan 1:0
Sinayoko, 53. (16090)

Mets – Strasbur 0:1
Paniçelli, 86. (25009)

Anje – Paris 1:0
Lepol, 9. (12168)

Bombardir: Dumbiya (Brest) – 2.

Növbəti turun oyunları avqustun 22-24-ü aralığında keçiriləcək: PSJ – Anje, Marsel – Paris, Nitsa – Oser, Lion – Mets, Loryan – Renn, Havr – Lans, Strasbur – Nant, Tuluza – Brest, Lill – Monako.

Turun rəqəmi
800 – “Marsel”in elitadakı məğlubiyyətlərinin sayı bu həddə çatdı. “Marsel” Liqa 1 tarixinə bu qədər oyunda uduzan 9-cu komanda kimi düşdü.

Turun ulduzu
Kamori Dumbiya (Brest) – artıq 26-cı dəqiqədə 0:2 geridə olan komandasının məğlubiyyətdən qurtulması üçün əlindən gələni etdi. Malili yarımmüdafiəçi dubl etdi və dəfələrlə hücumçu yoldaşlarını zərbə mövqeyinə çıxardı.

Turun sitatı
İlya Zabarnı, PSJ-nin müdafiəçisi:

“Topa nəzarət edən komandalarda oynamaqdan ötrü sinov gedirəm. Çox şən idi, özümü yetərincə yaxşı hiss edirdim. Hələ ki həmklublarımı az tanıyıram, ancaq qeyri-adi oyunçulardı. Burda olduğuma görə çox xoşbəxtəm, komandada hər kəs mənə yardım etməyə çalışır”.


Faktlar
* İlk turun 9 oyununda 17 qol vuruldu (orta hesabla 1,9). Bu isə 2015/16 mövsümündən (1,7) bəri ən aşağı göstəricidi.
* “Mets”lə oyunda “Strasbur”un start heyətində yer alan futbolçuların hamısı 2000-ci ildən sonra dünyaya gələnlər idi. “Strasbur” “böyük beşlik” ölkələrində bunu edən ilk komandadı.
* 38 yaş 321 günlüyündə fərqlənən Jiru “Lill”in tarixinə ən yaşlı qol müəllifi kimi düşdü. O, Joze Fonteni (2022-nin noyabrında “Renn” ilə oyunda 38 yaş 319 günlüyündə qol vurmuşdu) arxada qoydu.

Oyundan sonra
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Jurnalistləri daim bizim mental və fiziki durumumuz qayğılandırır. Hələ çempionatın əvvəlidi, oyunçuları bacardığımız qədər hazırlamışıq. Hesab edirəm ki, bu gün çox yaxşı oyun keçirdik. Düşünürəm ki, topu hiss etmək baxımından problem var. Transfer etdiyimiz futbolçular bizə çox fayda verəcək. Şevalye ilə Zabarnı bu gün çox yüksək səviyyədə oynadı. İlk oyun idi, sakitik, özümüzə arxayınıq. Titullar qazanmaq üçün bizə bütün oyunçular lazımdı, həm də çox motivasiyalı halda. Mentallığımız rahatlıq zonasından kənara çıxmağı tələb edir. Get-gedə daha yaxşı oynayacağıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-04-2024, 22:0

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Dünya futbolu

20-01-2025, 22:0

PSJ və “Marsel” qazandı, “Monako” yenə büdrədi - ŞƏRH

Dünya futbolu

6-03-2024, 21:0

Mbappe yenə əvəzləndi, PSJ xal itirdi – TURUN ŞƏRHİ

Dünya futbolu

27-02-2024, 23:0

PSJ məğlubiyyətdən qaçdı, “Brest” ilə “Monako” hərəyə üç qol vurdu – TURUN ŞƏRHİ

Dünya futbolu

13-03-2024, 19:0

PSJ xal itirsə də, yenə də izləyicisi ilə fərq artdı – TURUN ŞƏRHİ

Dünya futbolu

4-10-2023, 19:0

“Monako” zirvəyə döndü, PSJ 5-ci pilləyə endi - TURUN ŞƏRHİ

Aktual
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
“Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
“Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Son xəbərlər
  • Bu gün, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Bu gün, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Bu gün, 09:40
    Bu gün Qəbələ və Masazırda oyunlar var - YENİLƏNİR
  • Bu gün, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
  • Dünən, 23:49
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 23:18
    Liverpula yollanmağa yaxındı
  • Dünən, 22:57
    “Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
  • Dünən, 22:24
    “Bu sual mənə ünvanlanmamalıdı” – Kurban Berdıyev
  • Dünən, 22:09
    “Biz bu heyətlə ilk oyunumuzu keçirirdik” – Kaxaber Sxadadze
  • Dünən, 22:03
    Şok: azərbaycanlı hakim-inspektor Albaniyada həmvətənini tanımadı!
  • Dünən, 21:37
    "Neftçi" Farajı Tunis klubuna satdı - RƏSMİ
  • Dünən, 21:02
    Millimiz Bosniya və Herseqovinaya qalib gəldi
  • Dünən, 20:55
    Əliyar Ağayev Mahirin komandasının oyununu idarə edəcək
  • Dünən, 20:27
    MY-yə yenə gərək olmadı
  • Dünən, 19:56
    Barselonadan Parisə üz tutacaq
  • Dünən, 19:25
    ''Fulhem'' təyyarəyə gecikməmək üçün meydandan çəkildi, ''Malaqa'' boş qapıya penalti vurdu!
  • Dünən, 18:54
    U-17 və Gənclər Liqasında püşk atıldı
  • Dünən, 18:33
    "Turan Tovuz" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 18:12
    “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb" - Ayxan Abbasov
  • Dünən, 17:51
    “Qarabağ” üçün yaxşı əlamət: Prins Ovusu vurursa, siz niyə vurmayasız?!
  • Dünən, 17:20
    “Nyukasl” daha bir oyunçusunu itirdi
  • Dünən, 16:59
    Doğma klubuna sadiq qaldı
  • Dünən, 16:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 16:26
    "Araz-Naxçıvan" daha iki futbolçu transfer etdi
  • Dünən, 15:55
    “Slavik özü gəldi, xahiş elədi ki, komandadan getmək istəyirəm” - elitanı 1-ci liqaya dəyişdi
  • Dünən, 15:34
    "Sabah" təsnifat mərhələlərində ən çox qələbə qazanan komandadı!
  • Dünən, 15:06
    "Bir ailə kimi əlimizdən gələn hər şeyi etdik" - Murad Məmmədov
  • Dünən, 15:03
    "Səbail" Şimali Kipr klubu ilə qarşılaşacaq
  • Dünən, 14:58
    Yalnız Valdas Dambrauskasla Yuri Vernidub tam razıdı – ANKET-SORĞU
  • Dünən, 14:45
    İdmançımız 1/4 finalda - AÇ
  • Dünən, 14:27
    "Qarabağ" - "Tvente" oyunu norveçlilərə tapşırıldı
  • Dünən, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Dünən, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Dünən, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Dünən, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 134
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə