90 milyon dollar da azlıq edir

23.08.2025 12:35 9
İdman
Dünyanın sabiq 3 nömrəli raketkası, amerikalı Sloun Stivens “US Open”in mükafat fondunun artırılması ilə bağlı fikirlərini bölüşüb.

Xatırladaq ki, bu il Amerika Açıq Tennis Turnirinin mükafat fondu 20 faiz də artırılıb və 90 milyon dollara çatıb:
“Ödənişləri bir qədər də artırmaq imkanı var. Bununla bağlı variantlar mövcuddu. Bunun üzərində çalışırıq, doğru istiqamət üzrə hərəkət edirik. Hesab edirəm ki, “Böyük dəbilqə” turnirlərinin önəmi böyükdü. Bu məsələ uzun müddətdi müzakirə olunur. Belə müzakirə işgüzar əməkdaşlıq xarakteri daşımalıdı, hazırda turnirin qazancının heç 50 faizi tennisçilərə çatmır”.
Stivensin fikrincə, mükafat fondunun artırılmasına çalışmaq və ədalətli balansa nail olmaq lazımdı. 32 yaşlı Stivens 2017-ci ildə “US Open”in qalibi olub. O, karyerası boyunca 8 WTA turnirində qələbə qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul