“Bu iki qurumu birləşdiriksə, torları da birləşdirək, hər şeyi də. Niyə yalnız tennisdə bu fikir camaatın ağlına gəlir? Qadın Basketbol Assosiasiyası MBA-ya birləşməyi təklif etsəydi, onlara gülərdilər... “Australian Open”də mən 4 saat oynadım, Svitolina isə məsələni 40 dəqiqəyə həll etdi və ikimizə də eyni pulu verdilər”.
Xatırladaq ki, kişi və qadın tennisçilərin mükafat fondunun eyniləşdirildiyi ilk “Böyük dəbilqə” seriyalı turnir 1973-cü ildə keçirilən “US Open” olub. Bu il isə qadınların və kişilərin fərdi yarışlarında qalib olanlar 3 milyon, finalçılar 1,5 milyon dollar qazanıb.



