David De Xeanın “Fiorentina”dan ayrılmaq ehtimalı var.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı qapıçı “Mançester Yunayted”ə qayıda bilər. Sabiq klubu Davidin xidmətində maraqlıdı. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Bu mənbə “qırmızı şeytanlar”ın İtaliya klubu ilə danışıqlara başlayacağını xəbər verib.
Qeyd edək ki, De Xea MY-nin formasını 2011-23-cü illərdə geyib. O, “Fiorentina”da 2024-cü ildən çıxış edir.