Poqba Mançesterə qayıdacaq?

18.12.2024 23:59 300
Dünya futbolu
Pol Poqba karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Onun yenidən Mançesterə qayıda biləcəyini “The Independent” xəbər verib. Qəzetin yazdığına görə, “Mançester Siti” rəhbərliyi onunla danışıqlara başlayıb. Deyilənə görə, baş məşqçi Xosep Qvardiola ona ağır zədə alaraq mövsümü erkən başa vuran Rodriyə layiqli əvəzləyici gözü ilə baxır. Maraqlıdı ki, Poqba daha əvvəl İngiltərədə MS-nin əzəli rəqibi “Mançester Yunayted”in formasını geyib.

Fransalı futbolçuya dopinqdən istifadəyə görə verilən cəzanın müddəti gələn il sona çatacaq. Azad agent statusuna malik olan Pol martda rəsmi oyunlarda iştirak edə biləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul