Bir neçə gün əvvəl Robin Ulsenlə bağlı yayılan xəbər doğru çıxıb.
"Football-plus.az" xəbər verir ki, “Roma” qapıçısı ilə yollarını ayırıb. 32 yaşlı futbolçu “Aston Villa”da qalıb. O, son mövsümü icarə qaydasında Birmingem klubunda keçirmişdi. Robinlə imzalanan müqavilənin detalları rəsmən açıqlanmayıb. İnsayder Fabritsio Romanonun məlumatına görə, isveçli futbolçu “Aston Villa”ya 3,5 milyon avroya başa gəlib.
Qeyd edək ki, Ulsen daha əvvəl “Malmö”, PAOK, “Kopenhagen”, “Kalyari”, “Everton” və “Şeffild Yunayted”də çıxış edib. İsveç millisində 56 oyun keçirib.