Mançesterə yollanacaq?

21.08.2025 14:53 23
Dünya futbolu
Canluici Donnarumma böyük ehtimalla karyerasını İngiltərədə davam etdirəcək.

"Football-plus.az" “Mançester Siti” PSJ-nin və İtaliya millisinin qapıçısı ilə müqavilənin şərtlərini razılaşdırmağa yaxındı. Bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.

Xatırladaq ki, Donnarumma avqustun 12-də azarkeşlərə müraciət edərək PSJ-dən ayrılacağını təsdiqləyib. 26 yaşlı qapıçı 2021-ci ilin iyulundan PSJ-nin şərəfini qoruyur. O, bu komanda ilə 161 oyuna çıxıb və 56 matçda qapısını toxunulmaz saxlayıb.