Mahir "Kayzerslautern"in ilk məşqində

26.06.2025 18:59 177
Dünya futbolu
Mahir Emreli "Kayzerslautern"in heyətində ilk məşqinə çıxıb.

"Football-plus.az" xəbər ki, məşqdən öncə yeni transferlər komandaya təqdim olunub.

Onlar arasında Mahirlə yanaşı İvan Prtajin, Maksvell Qyamfi, Simon Asta və Fabian Kunze də var.

Xatırladaq ki, Mahir "Kayzerslautern"lə 3 illik müqavilə imzalayıb.