Rza "Neftçi"nin iştirak ərizəsində niyə yoxdu? - qapıçının son durumu

16.08.2025 21:16 45
Aktual / Ölkə futbolu
Neftçi" Misli premyer-liqasının 1-ci turu çərçivəsində "Şamaxı"nı qəbul edir. Maraqlıdı ki, "ağ-qaralar"ın gənc qapıçısı Rza Cəfərov komanın iştirak ərizəsində yer almayıb.

"Football-plus.az" bunun səbəbini öyrənmək məqsədilə paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etdi. Klub rəsmisi saytımıza açıqlamasında "əlcək sahibi"nin xəstələndiyini dedi.

Xatırladaq ki, mətbuatda Rzanın tezliklə "Araz-Naxçıvan"a transfer olunacağı haqda xəbərlər yayılıb.

Hazırda davam edən "Neftçi" - "Şamaxı" matçında hesab 1:1-di.

KƏNAN BAHADIR