Ramil Şeydayev xəstəliyə yoluxub? – onu “gördüm” deyən yoxdu...

3.07.2025 17:59 290
Ölkə futbolu / Manşet
“Neftçi”də Ramil Şeydayevlə bağlı qeyri-müəyyənlik davam edir.

Xatırlayırsızsa, bir neçə gün əvvəl komandanın Bakıda keçirilən təlim-məşq toplanışından çəkilən şəkillərdə adə çəkilən futbolçunun olmadığını yazmış, bunun səbəbini klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıdan soruşmuşduq. O, saytımıza açıqlamasında futbolçunun məşqlərdə iştirak etdiyini demişdi.

Lakin bu məsələ dünən yenidən gündəmə gəldi. Ona görə ki, “ağ-qaralar”ın fitnes zalında və meydançada etdiyi məşqlərdən çəkilən şəkillərdə də Ramil Şeydayevə rast gəlmədik. Bu üzdən növbəti dəfə eyni səbəbdən Asəf bəylə əlaqə saxladıq və cavab da eyni oldu:
“Ramil Şeydayev məşqlərdə iştirak edir”.

Çox maraqlıdı, bəs Ramil niyə şəkillərdə yoxdu? Ya Şeydayev texnofobiya xəstəliyinə yoluxub və buna görə fotoaparatlardan gizlənir, ya da “Neftçi”nin gizlətdiyi nəsə var...

KƏNAN BAHADIR