Ronaldo ilə birgə oynayacaq

13.08.2025 15:32 7
Dünya futbolu
Kinqsli Koman “Bavariya”nı tərk edəcək. Artıq onun Avropadan ayrılacağı da məlumdu.

"Football-plus.az" xəbər verir ki, fransalı vinger karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Münhen klubu oyunçunu Kriştiano Ronaldonun formasını geydiyi “Əl-Nəssr”ə satmağa razılaşıb. Transferin məbləği təxminən 30 milyon avro olacaq. Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və hər hansı problem olmasa, 3 illik müqavilə imzalayacaq.

Koman Almaniya klubunda 2017-ci ilin yayından oynayırdı.