"Bavariya"nın yarımmüdafiəçisi Mark Roka karyerasını İngiltərədə davam etdirəcək.
"Football-plus.az" "Sky Sports"a istinadən xəbər verir ki, ispaniyalı futbolçu yaxın günlərdə "Lids" üçün tibbi müayinədən keçəcək. Yarımmüdafiəçi premye-liqa klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Transfer məbləği 12 milyon avro olacaq. Bu, bonuslar daxil olmaqla 17 milyon avroya qədər yüksələ bilər.