Cəlalın komandası xal qazandı

12.08.2025 10:31 7
Dünya futbolu
Cəlal Hüseynovun çıxış etdiyi "Arda" Bolqarıstan çempionatında 4-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda öz meydanında "Lokomotiv"lə (Plovdiv) qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb. Cəlal meydana start heyətində çıxıb və sona qədər oynayıb.

"Arda" 5 xalla 8-ci sıradadı.