Cəlal Bolqarıstanda növbəti oyuna çıxdı

22.10.2024 11:34 280
Dünya futbolu
Millimizin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda 8-ci turdan təxirə salınmış görüşdə səfərdə SSKA ilə qarşılaşıb. Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 2:1. Cəlal oyunun 70-ci dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Arda” 12 turdan sonra 18 xalla 6-cı sıradadı.