Sabiq kapitan vəfat etdi

11.08.2025 22:55 19
Dünya futbolu
“Portu”nun sabiq kapitanı Jorje Koşta 54 yaşında vəfat edib.

Futbolçu karyerasının böyük hissəsini “Portu”da keçirən Koşta bu klubun yetirməsi olub. O, 1990-2005-ci illərdə Portuqaliya klubunun heyətində çıxış edib və uzun müddət komandanın kapitanı olub.

Sabiq müdafiəçi “Portu” ilə 8 dəfə Portuqaliya çempionu, 5 dəfə ölkə kubokunun, 8 dəfə ölkə superkubokunun sahibi olub. O, həmçinin Çempionlar Liqasının, UEFA Kubokunun və Qitələrarası Kubokun qalibi olub. Karyerası ərzində “Penafyel”, “Maritimu” və “Çarlton”da icarə əsasında çıxış edən Koşta peşəkar futbolçu karyerasını “Standard”da başa vurub.

O, məşqçi kimi ÇFR-i 2011/12 mövsümündə Rumıniya çempionu edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul