Bəs adı çəkilən idman qurğusunun bu cür təmirə ehtiyac duymasının səbəbi nədi?
Bu sualla “Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlıya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Təmir ölkəmizdə keçiriləcək 3-cü MDB Oyunlarıyla bağlıdı. Stadionun əsas meydançasıyla yanaşı, daha iki meydançasında futbol oyunları keçiriləcək. Bu üzdən məşq meydançaları oyun üçün hazır vəziyyətə gətirilir. Həmçinin stadionun məhz MDB Oyunlarının standartlarına uyğun hala salınması planlaşdırılır. Ancaq bu məsələlərin bizə hansısa aidiyyətı yoxdu. Tenderin elan olunması və maliyyənin hansı istiqamətlər üzrə xərclənməsi məhz Gənclər və İdman Nazirliyinin səlahiyyətində olan məsələdi. Qurum həmin müddətdə təmir işlərini özü həyata keçirəcək. Bizdə başqa məlumat yoxdu”.
KƏNAN BAHADIR






