“Qazon dəyişdirilməyəcək, sadəcə, qaydasına salınacaq” – “Zirə” niyə qaçaq düşüb?

11.03.2024 11:30 223
Aktual / Ölkə futbolu
“Zirə”nin ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin ot örtüyü yararsız vəziyyətdə olduğu üçün stadionda təmir-bərpa işlərinin aparılacağını xəbər vermişdik.

Bəs stadionun qazonunun təmir-bərpa işlərinin aparılması dedikdə bütün ot örtüyünün dəyişilməsi nəzərdə tutulub, yoxsa, sadəcə, müəyyən hissələrində olan çatışmazlıqlar aradan qaldırılacaq? Təmir işləri təkcə qazondan ibarətdi, yoxsa stadionun başqa yerlərini də əhatə edəcək? Bu suallara cavab tapmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəylə danışdıq:

“Təkcə ot örtüyü ilə bağlı təmir işləri aparılacaq. Qazon dəyişdirilməyəcək, sadəcə, qaydasına salınacaq”.

Qeyd edək ki, stadion təmirə bağlandığına görə “Zirə” martın 16-da “Kəpəz”lə ev oyununu Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

KAMAL SƏFƏR