İyulda hamını arxada qoydu

4.08.2025 17:35 7
Dünya futbolu
ABŞ çempionatında iyul ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Yüksək liqanın mətbuat xidmətinin məlumatına görə, bu nominasiyada “İnter Mayami”nin hücumçusu Lionel Messi qalib gəlib.

Argentinalı futbolçu ötən ay MLS-də meydana çıxdığı 5 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.

38 yaşlı futbolçu “İnter Mayami”də 2023-cü ilin yayından oynayır.