"Sumqayıt"dan ayrılan futbolçu Qazaxıstanda oynayacaq

29.07.2025 12:57 23
Ölkə futbolu
"Sumqayıt"ın sabiq müdafiəçisi Alan Diasın yeni klubu vəlli olub.

"Football-plus.az" xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi Qazaxıstanın "Ordabası" klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə mövsmün sonuna - 2025-ci ilin dekabrına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Dias ötən mövsüm "Sumqayıt"da çıxış edib. O, cəmi 18 oyunda meydana çıxıb.