“Sumqayıt”dan ayrılan futbolçu “İmişli”də

13.08.2023 15:27 261
Ölkə futbolu
“Sumqayıt”dan ayrılan Xəzər Mahmudovun yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, 22 yaşlı hücumçu “İmişli”yə keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl “Şamaxı” və “Sumqayıt”da forma geyinən Mahmudov son mövsümdə “kimyaçılar”ın ikinci komandasında çıxış edib.