Rüstəm Əhmədzadənin yeni klubu

28.07.2025 20:54 14
Ölkə futbolu
"Qarabağ"dan ayrılan Rüstəm Əhmədzadənin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, o, "Sumqayıt"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə imzalanan müqavilənin müddəti barədə hələlik məlumat verilməyib.

Xatırladaq ki, Rüstəm son 3 mövsümü icarə əsasında "Zirə"də keçirib