"Neftçi" Yunanıstan klubuna qarşı

27.07.2025 14:32 57
Ölkə futbolu
"Neftçi" Polşadakı təlim-məşq toplanışı çərçivəsində bu gün növbəti yoxlama görüşünü keçirəcək.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" Yunanıstanın “Asteras”(Tripoli) klubu ilə qarşılaşacaq.

Kieltse şəhərindəki Pilkarski stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19.00-da başlayacaq.