Otar Aptsiauri "Kəpəz"də - rəsmi

23.07.2025 09:32 28
Ölkə futbolu
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçu ilə güclənib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə bir illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində Tbilisi "Dinamo"su olub.