• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qaranlıq “Sabah” - KÖŞƏ

Yazarlar / Manşet

17-07-2025, 15:0

Ölkə kubokunun finalından sonra tam 40 gün gözlədik ki, Azərbaycanın hansısa klubunu iş başında görək. İş başında deyəndə ki... Avrokuboklardı da, başqa nə olasıdı?! Klublararası dünya çempionatına qatılmaq üçün hələ “yaşımız çatmır”.

Gözləməyə dəyməzmiz. Böyük məyusluq və xəyal qırıqlığı. Srağagünkü “Sabah” – “Selye” oyununun qısa icmalı budu. Onsuz da komandaların oxşar rəngli formalarla meydana çıxması oyunu televiziya ilə izləyən azarkeşlərin əsəblərini tarıma çəkmişdi. Son saniyələrdə rəqibin vurduğu 3-cü qol isə lap kefimizə soğan doğradı. Şəxsən mən “Sabah”ın cavab görüşündə bu məğlubiyyətin əvəzini çıxacağına qətiyyən inanmıram. Amma indi bu məqamın üzərində dayanmayacam.

Narahatlıq doğuran başqa məsələdi. Uzun fasilədən sonra ölkəmizin bir klubunun 60-cı dəqiqədən sonra fiziki cəhətdən tam çökdüyünü, rəqiblə ayaqlaşa bilmədiyini, seyrçi rolu ilə kifayətləndiyini gördük. Halbuki “bayquşlar” Avstriyada ikihəftəlik toplanış keçib, güclü rəqiblərlə yoxlama oyunu keçirib. Valdas Dambrauskas 20 gündü bu komandanın “sükanı arxasındadı”. Düzdü, uzun müddət deyil. Ancaq baş məşqçinin vaxt azlığından da şikayətlənmək haqqı yoxdu. “Qarabağ”a qarşı ölkə kubokunun finalında 120 dəqiqə oynayan, son dəqiqələrdə qələbə topunu vuran komandaya nə olub? Bunun günahı məzuniyyətdən sui-istifadə edən futbolçulardadı, yoxsa hazırlıq prosesini düz qurmayan baş məşqçidə? Mənə elə gəlir ki, hər birində və ya hər ikisində. Günahkarlar var ki, “Sabah” iki dəfə irəli çıxdığı oyunda nəinki qələbəni, hətta heç-heçəni də qoruya bilmədi. Heç olmasa, ölkəmizin əmsalına əlavə xal yazılardı, heç olmasa, cavab oyununa daha böyük ümidlə baxardıq.

Futboldan az-çox başı çıxan hər kəs 60-cı dəqiqədən sonra həyəcan içində idi. Rəqib “Sabah”ı, necə deyərlər, “sürüyürdü”, hücumların sayı, kəsəri artmışdı, bəzi futbolçularımız, sadəcə, ayağını sürüyürdü. Belə durumda Dambrauskasın təcili müdaxiləsinə ehtiyac var idi. Amma 63-cü dəqiqədə oyuna qoşulan Rahmonaliyevlə Sekidika bunu bacarmadı, “bayquşlar”ın gücünə güc qatmadı. Sonra daha üç legioner meydana çıxdı. Və bu gedişlər də özünü doğrultmadı. “Sabah” yavaş-yavaş, addım-addım məğlubiyyətə yaxınlaşdı.

Nikbinlik, özünün və futbolçularının potensialına inanmaq istənilən məşqçi üçün yaxşı keyfiyyətdi. Açığı, cavab görüşü haqda düşünərkən məni bir qədər ümidli olmağa vadar edən yeganə məqam da Dambrauskasın sözləri, fikirləridi. Onun dediklərindən belə çıxır ki, indi rəqibin bacarığına daha yaxından bələddi, deməli, “Selye”ni “yerində oturtmaq” üçün hansısa vasitələr tapa bilər. Üstəlik litvalı mütəxəssis sərəncamındakı futbolçuların məğlubiyyəti qələbəyə çevirə biləcək potensiala malik olduğuna ürəkdən inanır. Bunlar öz yerində. İnanır, qoy inansın. İnam qələbənin yarısıdı.
Ancaq Dambrauskas qalan bir həftə ərzində futbolçuların fiziki hazırlığını necə yaxşılaşdıracaq – qaranlıq məqam budu. Uzun yolçuluq, heç şübhəsiz, dolu tribunalar, ilk oyundakı nəticənin yaratdığı təzyiq, “Sabah”ın avrokubok təcrübəsinin zəngin olmaması... Bütün bu amilləri nəzərə alanda, göz önünə gətirəndə adamı soyuq tər basır.

Düzdü, “yapışa biləcəyimiz budaqlar” da var. “Sabah” ayrı-ayrı futbolçuların potensialı baxımından heç də bu rəqibə uduzmur. Xüsusən də hücumameyilli futbolçuları nəzərdə tuturam. Sadəcə, sənin müdafiə xəttin karvansaranı xatırladırsa, qapıçın heç bir qeyri-adi seyv etmirsə, əksinə, ilk qolda olduğu kimi, rəqibin fərqlənməsi üçün hər şey edirsə, onda qələbə və mərhələ adlamaq şansın avtomatik minimuma enir.

Yəqin ki, gizlətməyə dəyməz. Azərbaycanlı azarkeşlərin bu yay üçün avrokubok ümidləri əsasən “Qarabağ” və “Sabah”la bağlı idi. Axı “Sabah” Avropa Liqasında mübarizə aparır, burda bir mərhələ keçmək gələcəkdə Konfrans Liqasının qrupuna düşməklə bağlı ümidləri artırır, təbii ki, “Selye” də “Hayduk”la “Aris”ə baxanda daha münasib rəqibdi. Amma ilk güllə boşa çıxdı. “Sabah” tribunaları dolduran, eləcə də ekran arxasında əyləşən azarkeşləri məyus etdi. İndi isə ortada məğlubiyyət və vəziyyəti düzəltmək üçün cəmi 5 gün var. Çox çətin olacaq. Amma Dambrauskas inanırsa, bizim də inanmaqdan başqa yolumuz yoxdu. Ən azı bugünkü oyunun nəticəsi müəyyənləşənə qədər.

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar

13-07-2025, 15:0

Qaranlıq “Sabah” - KÖŞƏ

Ölkə futbolu

29-06-2025, 21:0

"Sabah" Avstriyada ilk oyununu keçirdi

Ölkə futbolu

29-06-2025, 13:0

"Sabah" Avstriyada ilk oyununa çıxır

Aktual / Ölkə futbolu

10-07-2025, 17:0

“Amma “Sabah” “Selye”ni keçmək iqtidarındadı” – bəs niyə amma?

Avropa Liqası / Aktual

17-07-2025, 12:0

“Sabah” AL-nin 2-ci təsnifat mərhələsinin qapısını necə aça bilər? - mütəxəssislər açıqladı

Ölkə futbolu / Manşet

8-07-2025, 18:0

"Stadiona gələn azarkeşlərimiz bizdən qollar gözləsin" - Valdas Dambrauskas

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə