İngiltərəli futbolçu "Karvan"da - rəsmi

17.07.2025 08:34 15
Ölkə futbolu
"Karvan" növbəti transferini həyata keçirib.

"Football-plus.az" xəbər verir ki, İngiltərəli futbolçu Kyle Spence ilə 1 illik müqavilə imzalanıb.

”Kristal Pelas” klubunun yetirməsi olan hücumameyilli yarımmüdafiəçi son olaraq Şimali İrlandiyanın “Coleraine” klubunda forma geyib. 28 yaşlı futbolçu burda 134 oyun keçirib 17 qol vurub, 6 məhsuldar ötürmə edib.