Neapolu tərk etdi

22.07.2025 21:49 42
Dünya futbolu
Rafa Marin “Napoli”ni tərk edib. “Vilyarreal” gənc futbolçunu heyətinə qatıb.

İspaniya klubunun mətbuat xidmətinin məlumatına görə, 23 yaşlı müdafiəçi icarəyə götürülüb. Rafa 2025/26 mövsümünün sonuna qədər “Vilyarreal”da çıxış edəcək.

Müqavilədə satınalma hüququ ilə bağlı bənd də nəzərdə tutulub. Marinin ötən mövsüm yalnız 6 oyunda meydana çıxdığını da bildirək.