“Real”ı tərk etdi

10.07.2024 12:16 334
Dünya futbolu
“Real”ın müdafiəçisi Rafa Marin “Napoli”yə keçib.

İnsayder Fabritsio Romanonun məlumatına görə, klublar arasında transferlə bağlı razılıq əldə olunub. Müqaviləyə Marinin geri alınması variantı ilə bağlı bənd də salınıb.

İspaniyalı mərkəz müdafiəçisi ötən mövsümü icarə əsasında “Alaves”də keçirib. O, bu komandanın heyətində 35 oyunda iştirak edib.