• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”də çalışdığım müddətdə bir qəpik də pul almadım” - Erkin İbrahimovdan şok açıqlamalar

Ölkə futbolu / Manşet

13-07-2025, 17:0

Artıq neçənci dəfə yazıya “Qara buludlar yenə “Kəpəz”in başının üzərini aldı” ifadəsiylə başlamağa məcburam.

İş adamı Namiq Qədirov klubun Müşahidə Şurasının sədri seçiləndə Gəncə təmsilçisinin çətin günlərdən qurtulduğunu düşünənlər var idisə, indi onların sayı xeyli azalıb. Və “Kəpəz”in yağışdan çıxıb yağmura düşdüyünü bildirirlər. Sən demə, nə qara bulud çəkilibmiş, nə də klubun parlaq gələcəyi üçün ciddi işlər görülürmüş. Düzü, bu, məhz bizim fərziyyəmiz deyil. Sadəcə, hadisələrin axarını diqqətlə izləyən gəncəli futbolsevərlər belə qənaətə gəlib.

Bəs niyə? İki aya yaxındı toy-bayram ab-havasında olan camiəni təngə gətirən, ümidsizliyə sürükləyən problem nədi?

Məlum olduğu kimi, hər şey “Kəpəz”i premyer-liqada saxlamağa müvəffəq olan baş məşqçi Azər Bağırovun istefasından sonra başladı. Azarkeşlər nə bu addımı birmənalı qarşıladı, nə də həmin posta başa çatan mövsümün əvvəlində uğursuz nəticələr səbəbindən komandadan ayrılan Adil Şükürovun təyinatını. Hər halda, “sarı-göylər”in idman məsələləri üzrə müşaviri Erkin İbrahimov o vaxt qəzetimizə geniş açıqlama verərək narahatlığa ehtiyac olmadığını, “Kəpəz”in premyer-liqada uğurlu çıxışı üçün işlər görüləcəyini, klubun akademiyasının futbolçu yetişdirmək üçün inamla fəaliyyət göstərəcəyini bildirdi. Ardından əsas komandada “yarpaq tökümü” başladı. Və bu durumun gəncəliləri məmnun etmədiyi gün kimi aydındı. Onlar hər fürsətdə narazılığını dilə gətirməkdən çəkinmir. Həmişə olduğu kimi... Amma...

Bu dəfə növbəti gözlənilməz xəbər yayıldı. Daha dəqiqi, Erkin İbrahimovun klubdan ayrıldığı iddia edildi. Əlbəttə, bilginin səhih olub-olmadığını öyrənmək məqsədilə Erkin bəylə əlaqə saxladıq. Ancaq əvvəlcə bir məqama toxunaq.

Srağagün saat 17.35-də “Report”da “Kəpəz”in Media və marketinq departamentinin direktoru Gəray Qiyasovun açıqlaması yer alıb:

“Erkin İbrahimov istefa verməyib. Getməyib, klubdadı”.
Maraqlıdı ki, Erkin bəy 18.05-də "Football-plus.az" verdiyi açıqlamada Gəray bəyin sözlərinin əksini dedi:
“Kəpəz”dən ayrılmışam. Əslində gecikmiş qərardı. Bu addımı klubun xeyri üçün atdım. Bundan sonra hansısa klubda işləməyəcəm. Çalışacağım klub ancaq “Kəpəz” ola bilər. Ancaq ora qayıtmayacam. Onu deyə bilərəm ki, “Kəpəz”də çalışdığım müddətdə bir qəpik də pul almadım. Nə maaş, nə də mükafat kimi. Kluba, sadəcə, kömək etdim. Mənə haqsızlıq edildimi? Hərənin öz haqq anlayışı var. Bu barədə söz oyunu etmək istəmirəm. Gedişimdən sonra “Kəpəz”də yaxşı işlər görülür. Artıq işartılar var. Ayrılığımın səbəbinə gəlincə, mən 100 faiz qane olacamsa, orda qalacam. Bu göstərici 99 faizdisə, qalmayacam. Qısası, öz istəyimlə ayrılmışam. Elə məsələlər var ki, orda güzəştə getmək olmaz. Başqa nəsə demək istəmirəm”.
Deyəsən, “Kəpəz”də rəhbər şəxslərin dəyişməsi gələcək üçün nəsə vəd etmir. Bəzi həmkarlarımız indidən Namiq Qədirovun yalnız əsas komanda üçün maliyyə ayıracağını, gəncəlilərin 6-7-ci yerlər uğrunda mübarizə aparmalı olduğunu, başqa sahələrə gözucu baxacağını, hətta istəyinə çatmasa, özünün də buranı tərk edəcəyini, elə Adil Şükürovun da fəaliyyətindən narazı qaldığını bildirir.

Belə getsə, “Kəpəz”i “lələ köçüb, yurdu qalıb” ifadəsiylə təsvir etməli olacağıq! Təbii ki, rəhbər şəxs iddialarda qeyd edildiyi kimi, “Kəpəz”də aləmi bir-birinə qatırsa, əsas komanda və akademiya ilə bağlı mövqeyini dəyişdiyini bildirirsə, əməkdaşların maaşını artırmaq əvəzinə onlara büdcənin azaldılacağıyla bağlı xəbərdarlıq edirsə, ciddi çaxnaşmalara səbəb olursa, bu qaçılmazdı.

Kim bilir, bəlkə Namiq bəy də çoxdan gedib. Sadəcə, Erkin İbrahimovun klubdan ayrıldığını ört-basdır etmək istəyənlər həmin xəbəri də gizlətmək eşqinə düşüb...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

28-04-2025, 00:0

Nadiri erası bitdi, avrokuboklara yollanmaq üçün hazırlıq başladı! - "Kəpəz"də tarixi dəyişiklik

Manşet / Yazarlar

23-09-2024, 14:0

Yağışdan çıxıb yağmura düşən Bağırov - YAZI

Ölkə futbolu

10-05-2025, 15:0

"Kəpəz"də yeni rəhbər

Ölkə futbolu / Manşet

6-06-2025, 18:0

"Kəpəz"də növbəti təyinatlar - İlqar Nadiri və Cabir İbrahimov yüksək vəzifələrdə!

Ölkə futbolu / Manşet

19-01-2025, 09:0

“Kəpəz”də yeni era başlayır... - Gəncə təmsilçisi "qızıl dövr"ə qədəm qoyacaq!

Manşet / Yazarlar

10-05-2025, 09:0

Tərlan Əhmədov, Adil Şükürov, İndi də Azər Bağırov?

Aktual
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
"Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
“İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
“Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
“Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
Son xəbərlər
  • Bu gün, 00:57
    Avropa çempionu debütantla bacarmadı, Belçika - Misir oyununda heç-heçə - DÇ gecəsi
  • Dünən, 23:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:25
    CAS-ın "Turan Tovuz"la bağlı qərarı açıqlandı - SON DƏQİQƏ
  • Dünən, 23:20
    Milli komandada yeni müqavilə
  • Dünən, 23:00
    İngilislər üçün böyük təhlükə
  • Dünən, 22:46
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:32
    MBA ilə MHL-də çempion müəyyənləşdi - Tramp təbrik etdi
  • Dünən, 22:21
    "Şəfa" üç futbolçunu yola saldı
  • Dünən, 21:37
    Messi və Ronaldo üçün 6-cı DÇ, Mbappe üçün Klozeni ötmək imkanı
  • Dünən, 21:07
    "Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
  • Dünən, 20:59
    Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
  • Dünən, 19:58
    ''Neftçi''nin sabiq ulduzu efirdə ağzına gələni danışdı! - ''11'' nömrə kimdi?''
  • Dünən, 19:12
    "Sabah"ın növbəti transferi... - "bayquşlar"ın müdafiə xətti keçilməz olacaq?
  • Dünən, 18:41
    Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri
  • Dünən, 18:27
    AFFA-nın baş katibi FİFA-nın sammitində
  • Dünən, 18:06
    İki boksçumuz Dünya kubokuna qələbə ilə başladı
  • Dünən, 17:50
    Terim DÇ-yə məğlubiyyətlə başlayan Türkiyəyə məsləhətlər verdi
  • Dünən, 17:10
    “İnşallah, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanarlar” – “Sabah” bazarı dağıdır
  • Dünən, 16:30
    "Kəpəz"in sabiq qapıçısı "Şəfa"da
  • Dünən, 16:25
    "Pafos" Murad Məmmədovun keçidini açıqladı
  • Dünən, 15:53
    Parisi tərk edəcək
  • Dünən, 14:55
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:37
    FİFA ABŞ-yə buraxılmayan hakimin pulunu ödəyəcək
  • Dünən, 14:13
    Topuriyanın məğlubiyyətsizlik seriyası başa çatdı - Castin Qetji Ağ Evdə kəmərin sahibi oldu
  • Dünən, 13:43
    Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram”
  • Dünən, 13:22
    “Sabah” basketbol klubunda yeni təyinat
  • Dünən, 12:51
    Avstraliya tarixində bir ilkə imza atdı
  • Dünən, 12:20
    Arda Turan ilin məşqçisi seçildi
  • Dünən, 11:59
    “Bizlə cinayətkarlar kimi davranırlar” - Seneqal və Özbəkistan yığmaları sərt yoxlamaya məruz qalıb
  • Dünən, 11:28
    “Qardaş ölkə topa nəzarət etsə də, uduzdu” – Türkiyənin çatışmazlığı nə idi?
  • Dünən, 10:57
    “Turan”da kütləvi ayrılıq
  • Dünən, 10:26
    “Neftçi” Varqas üçün milyonyarım ödəyəcək?
  • Dünən, 10:00
    Kot d'İvuar və İsveçdən qələbə - DÇ səhəri
  • 14-06-2026, 23:0
    “10 gün keçəndən sonra mənə yaxınlaşıb bonus istəyirdilər ki, pulumuzu...” – Ağasəlim Mircavadov
  • 14-06-2026, 23:0
    Almaniya debütantı darmadağın etdi - DÇ gecəsi
Daha çox
Oxunub: 500
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 274
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 252
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 226
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Oxunub: 201
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə