Lionel Messi MLS-də rekordlardan doymur. Dünya şöhrətli futbolçu ABŞ çempionatının yüksək liqasında növbəti unikal göstəricilərə imza atıb.
“İnter Mayami”nin ulduz futbolçusu MLS-in daha bir rekordunu müəyyənləşdirib. 38 yaşlı argentinalı hücumçu turnirin tarixinə ardıcıl 4 matçda dubl edən ilk futbolçu kimi düşüb. Messi “Nyu İnqlənd Revolyuşn”a qalib gəldikləri oyunda (2:1) iki qol vurub. Xatırladaq ki, Lionel bundan əvvəl “Monreal İmpekt” (4:1, 4:2) və “Kolambus Kryu” (5:1) ilə matçlarda iki dəfə qapıya yol tapmışdı. Messinin MLS-də qol seriyasının ümumilikdə 5 oyuna çatdığını da bildirək.
Əlavə edək ki, dünya çempionu bu mövsüm MLS-də meydana çıxdığı 15 matçda 14 qol vurub və 6 məhsuldar ötürmə verib.