• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldonun “Əl-Nəssr”də qalması yaxşı qərardı - günə 550 min avro qazanmaq nə deməkdi?!

Dünya futbolu

12-07-2025, 21:0

Hətta 2025-ci ildə də Kriştiano Ronaldo dünyanın ən çox müzakirə olunan futbolçularından biridi. Onun harda və necə oynaması, neçə yaşında olması önəmli deyil.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalının adı ətrafında həmişə müxtəlif söz-söhbət olub, var və olacaq. Şəxsiyyətin miqyasının göstəricisidi! Başqa nə deyəsən?!

Digər tərəfdən, portqaliyalı ulduz diskussiyalar üçün daim əsas verir. Məsələn, elə bu yay faktiki “Əl-Nəssr”i tərk etməyi, Millətlər Liqasını qazanmağı, klublararası dünya çempionatına (KDÇ) qatılan klublardan birinə keçidlə bağlı uğursuz cəhdə əl atmağı və yenə də olduğu yerdə qalmağı bacardı. Təbii ki, bütün bu informasiya axınlarından hər biri anomal dərəcədə azarkeş marağı doğurdu. Sadəcə, ona görə ki, söhbət Ronaldodan gedirdi.

Bəli, Kriştiano yaxınlarda sosial şəbəkədə müəmmalı “bir fəsil bitdi. Tarix? Hələ də yazılır. Hamıya minnətdaram” paylaşımını etməklə belə
görünür ki, “Əl-Nəssr” ilə mümkün ayrılığa işarə vurmuşdu. Təxminən elə həmin vaxt FİFA prezidenti Canni İnfantino bəyan etdi ki, ulduz hücumçu KDÇ-də oynaya bilər, hərçənd Səudiyyə Ərəbistanı klubu iştirakçılar sırasında deyildi.

Bu açıqlama ilə paralel portuqaliyalının karyerasının davam etdirməsinin nəzəri variantları ilə bağlı çoxlu söz-söhbət yayıldı. Ən müxtəlif komandaların adı çəkilirdi: “Monterrey”, “Botafoqo”, “River Pleyt”, “Vidad”, “Los Anceles” və hətta “Bayer-04”. Bu versiyaların əksərində potensial transfer “Qızıl top”un beşqat qalibinin Amerikaya yollanmaq və mövsümlərarası dövrün əsas hadisəsində iştirak etmək arzusu ilə izah olunurdu. Ancaq yox. Kriştiano heç bir klubla anlaşmadı (ümumiyyətlə, buna can atırdımı?) və Səudiyyə Ərəbistanı nəhəngi ilə müqavilə müddətini 2027-ci ilə qədər uzatdı. “The Sun”ın yazdığına inansaq, kosmik şərtlər əsasında: ilə 208 milyon avro, “Əl-Nəssr”in səhmlərinin 15 faizi, 60 milyonluq kənar sövdələşmələr, özəl təyyarə. Yəni yeni müqavilə gəlir baxımından Ronaldo üçün əvvəlkindən daha əlverişlidi. “Marca” isə bildirir ki, portuqaliyalı müqavilə üzrə ildə 183 milyon avro alacaq. Və ya aya 15 milyon, həftəyə 3,8 milyon, günə 550 min avro!

Ronaldo müqaviləni yeniləyəndən sonra bəzi açıqlamalar da verdi. Dediyinə görə, şəxsən özü KDÇ ideyasını yaxın buraxmayıb ki, yeni mövsüm ərəfəsində yaxşıca dincələ bilsin. Bu sitata da diqqət yetirməyə dəyər:

“Söhbət təkcə futboldan getmir, mən həmişə ölkənin inkişafına da töhfə vermək istəyirəm. Səudiyyə Ərəbistanını bəyənirəm, adamlara bura gəlməyi məsləhət görürəm. Burda çox şey dəyişib. Ölkənin tarixini, çox şeyin dəyişdiyini bilirəm. Odu ki, hər şey möhtəşəmdi, bu möcüzəvi ölkəyə baş çəkməyi tövsiyə edirəm. Çox xoşuma gələn möcüzəvi mədəniyyətiniz var”.
Belə təəssürat yaranır ki, Kriştiano ciddi şəkildə öz irsi haqda düşünməyə başlayıb. Əlbəttə, onun irsi böyük dəyərə malikdi, ancaq indi portuqaliyalı meydandakı uğurlardan daha artığı üzərində düşünür. 2007-ci ildə MLS klubu “Qelaksi”yə yollanan Devid Bekhem kimi. İngiltərəli ulduz həmkarları üçün yeni və populyar pul qazanmaq yolu açdı, özü xeyli pul qazandı, ABŞ-ni futbol ölkəsinə çevirdi və şəxsi biznes imperiyasının fundamentini qoydu.

Çox güman ki, həmin o klub səhmlərinin 15 faizi və Ronaldonun ifadələrindəki şüarçılıq məzmunu “təqaüd dövrü”nün startı olacaq. Adam 40 yaşında elə məhz bunu düşünməlidi, yəni portuqaliyalı şəxsi inkişaf baxımından maksimal dərəcə savadlı gediş edir.

Kriştianonun çoxsaylı ifadələrinin müəyyən hissəsi azarkeşlərə həsr olunub. Həmin azarkeşlərə ki, bəziləri mayda titul yoxluğuna görə rəhbərlikdən ulduz liderdən qurtulmağı xahiş edirdi. Media və sosial şəbəkələr fanatların şikayətlərindən dolub-daşırdı, ancaq portuqaliyalı yenə də sevgi və dəstək gördüyünü deyir:
“Əlbəttə, bu qərarda azarkeşlərin rolu böyükdü. Adamların məni sevdiyini bilirəm, mən də onları sevirəm. Həmişə mənə dəstək verdiklərinə görə onlara qələbə sevinci yaşatmağı davam etdirmək istəyirəm”.
Yeni müqavilə ilə bağlı sırf futbol məqamlarını da dəyərləndirməmək olmaz. Doğrudan da, “Əl-Nəssr” indiyə qədər önəmli titullar qazanmayıb. Ronaldonun unikal xarakterinə isə hər birimiz bələdik, o heç yerdən əliboş gedən deyil. Üstəlik portuqaliyalı ulduzun 1000 qol vurmaq inadı da yerindədi. Bəlkə də şərti “Sportinq”də yeni qollar daha yüksək dəyərləndirilərdi, ancaq Səudiyyə Ərəbistanında da bombardirlik uğrunda mübarizə yüksək səviyyədə gedir. Forvard orda Benzema, Mitroviç, Touni, Obameyanq kimi rəqibləri qabaqlamaqla yerli “Qızıl buts”u qazanıb.

Kriştianonun önündə həmişə çoxlu qapı açılır, hər birinin də arxasında hansısa perspektiv var. Bu üzdən onun səhv gediş etdiyini deməyə dəyməz – istənilən seçimin sonunda tərəqqi görünməsə də, ən azı indiki mövqeyin möhkəmlənməsi dayanır.

Onun gələn yay keçiriləcək növbəti dünya çempionatına yollanacağı dəqiqdi, Asiyada da kolleksiyasına bir-iki şəxsi və ya komanda uğuru əlavə edəcək. Məsələnin futboldankənar tərəfi isə arzudu, şəxsi layihələri gerçəkləşdirmək üçün fundamentdi. Elə isə Ronaldo hansı məqamda haqsızdı?!

Yeri gəlmişkən...
Ronaldo “Əl-Nəssr”in heyətində keçirdiyi 105 oyunda 93 qol vurub, 19 məhsuldar ötürmə verib. Portuqaliyalı karyerası boyunca vurduğu qolların sayını 938-ə çatdırıb. Hədəfi 1000-ə çatmaqdı. Yeni müqavilə dövründə bunu bacarması tam realdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-06-2025, 14:0

Ronaldo “Əl-Nəssr”dən gedəcəyinə işarə vurdu

Dünya futbolu

30-05-2025, 12:0

''Əl-Nəssr'' Ronaldonu buraxmaq istəmir

Dünya futbolu

30-06-2025, 17:0

Ronaldo KDÇ-də nə üçün iştirak etmədiyini açıqladı

Dünya futbolu

13-05-2025, 18:0

Ronaldo artıq “Əl-Nəssr”ə lazım deyil

Dünya futbolu

2-06-2023, 19:0

Ronaldo ardıcıl ikinci mövsüm titulsuz qaldı

Dünya futbolu

23-03-2025, 22:0

Ronaldo bu yeməyi yeyir ki...

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə