"Şamaxı" braziliyalı futbolçu aldı - rəsmi

10.07.2025 23:38 22
Ölkə futbolu
“Şamaxı” braziliyalı futbolçu David Thomaz Dos Santos Oliveiranı heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı mərkəz müdafiəçisi ilə "1+1" illik müqavilə imzalanıb. O, son olaraq Portuqaliyanın “Covilha” klubunda çıxış edib.

Xatırladaq ki, "Şamaxı" daha öncə Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Diogo Balau, Karim Rossi, Cezar Henriqueni transfer edib.